Qəzzaya ən yaxın yaxınlaşan “Mikeno”nun İsrail tərəfindən tutulduğu ehtimal edilir.
İnterpress.az xəbər verir ki, İsrail hərbçiləri humanitar yardım aparmaq məqsədilə Qəzzaya doğru hərəkət edən Mikeno gəmisini saxlayıb.
Məlumata görə, gəmi mümkün qədər anklava yaxınlaşa bilsə də, İsrail dəniz qüvvələri tərəfindən ələ keçirilib.
Gəmidə fələstinlilərə dəstək göstərmək üçün toplaşmış bir qrup beynəlxalq aktivist olub.
Onların məqsədi blokada şəraitində yaşayan Qəzza sakinlərinə ərzaq və tibbi ləvazimat çatdırmaq idi.
İsrail tərəfi bildirir ki, belə missiyalar təhlükəsizlik baxımından qanunsuz hesab olunur və onlar yalnız rəsmi kanallar vasitəsilə yardımın keçməsinə icazə verirlər.
Gəmidəki fəalların yaxın günlərdə dindirilməsi, bəzilərinin isə həbs olunması ehtimal edilir.
Hadisə beynəlxalq aləmdə rezonans doğurub. İnsan haqları təşkilatları İsrailin bu addımını sərt tənqid edərək, humanitar təşəbbüslərə qarşı təzyiq kimi qiymətləndiriblər.
Fələstin tərəfi isə baş verənləri “blokadanın davamı və beynəlxalq hüququn pozulması” adlandırıb.
Saxlanılanların taleyi barədə rəsmi açıqlama hələlik verilməyib.
Xuraman Etibarlı
İnterpress.az