İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində terror aktı planlaşdıran hücrəni dağıdıb.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail polisi, ordusu və Şin Bet təhlükəsizlik xidmətinin birgə bəyanat yayıb.
Bəyanata görə, iki “İslami Cihad” yaraqlısı odlu silah və əldəqayırma partlayıcı qurğulardan istifadə etməklə terror aktı planlaşdırmaqda iştirak edib.
İsrail qüvvələrinin Tamun bölgəsində gizləndikləri binanı mühasirəyə alaraq yaraqlıları məhv etdiyi bildirilir.
Xuraman Etibarlı
İnterpress.az