İsrail XİN başçısı Ukraynanın SEPAH-la bağlı qərarını alqışlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar özünün “X” (Twitter) hesabında məlumat yayıb.
İsrailin xarici işlər naziri Gideon Saar Ukrayna Prezidenti Volodimir Zelenskinin İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı elan etmək qərarını yüksək qiymətləndirib.
Nazir bu addımı həm diplomatik, həm də mənəvi baxımdan olduqca əhəmiyyətli hesab etdiyini bildirib.
“Biz Ukrayna Prezidenti Zelenskinin İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı elan etmək qərarını təqdir edirik. Bu, terrora və repressiyalara qarşı, azadlıq naminə qəbul edilmiş mühüm diplomatik və mənəvi qərardır”, – Saar öz paylaşımında vurğulayıb.
Xatırladaq ki, Ukrayna rəhbərliyi bir müddət əvvəl SEPAH-ı rəsmən terror təşkilatı kimi tanıdığını bəyan edib.
Xuraman Etibarlı
İnterpress.az






