İsrail Yelizaveta Tsurkovun azadlığa buraxılması üçün kampaniyasını yeniləyib.
İnterpress.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
İsrail 2023-cü ilin martında Bağdadda qaçırılan 38 yaşlı Yelizaveta Tsurkovun azadlığa buraxılması üçün diplomatik kampaniyaya yenidən başlayıb.
Məlumata görə, girov rəsmiləri bu həftə Qüdsdə görüşüblər.
İsrail ABŞ, Britaniya, Kanada və Almaniyanın – Bağdadda səfirlikləri olan ölkələrin nümayəndələrindən diplomatlarını Tsurkovun azad edilməsi uğrunda mübarizəyə cəlb etmələrini xahiş edib.
Yelizaveta Tsurkovun İraqda qaçırılması ilə bağlı ilk xəbərlər 6 iyul 2023-cü ildə ortaya çıxıb. Onun 4 aydır itkin düşdüyü bildirilib.
İyulun 9-da məlum olub ki, İsrail və İran Rusiya Federasiyasının vasitəçiliyi ilə onun azad edilməsi üçün danışıqlar aparır.
Xuraman Etibarlı
İnterpress.az