İran tərəfindən işə götürülən 13 yaşlı oğlan İsraildə saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu b arədə İsrail mediası məlumat yayıb.
Bildirilir ki, İsrail polisi və Baş Təhlükəsizlik Xidməti (Şabak) 13 yaşlı Təl-Əviv sakinini İranın tapşırıqlarını yerinə yetirməkdə şübhəli bilərək saxlayıb.
Dindirmə zamanı məlum olub ki, iranlı idarəçilər onunla Telegram vasitəsilə əlaqə saxlayıb və pul mükafatı üçün bir neçə tapşırıq təklif ediblər.
Azyaşlı onlardan birini Tel-Əvivdə qraffiti çəkərək tamamlayıb. Qeyd olunur ki, ondan “Dəmir günbəz” raketdən müdafiə sisteminin də fotoşəklini çəkməsi istənilib, lakin oğlan bundan imtina edib.
Hazırda o, ev dustaqlığındadır.
Xuraman Etibarlı
İnterpress.az