İsraildə HƏMAS-ın Ben Qvirə qarşı sui-qəsd cəhdinin QARŞISI ALINDI – FOTObackend

İsraildə HƏMAS-ın Ben Qvirə qarşı sui-qəsd cəhdinin QARŞISI ALINDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsraildə HƏMAS-ın Ben Qvirə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.

İsrailin təhlükəsizlik qüvvələri HƏMAS-ın Hebron bölgəsindəki hüceyrəsinin İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə qarşı sui-qəsd planını zərərsizləşdirib.

Məlumata görə, hücum partlayıcı yüklənmiş dronlar vasitəsilə həyata keçirilməli imiş.

İstintaq göstərib ki, şübhəlilər bir neçə dron əldə edərək onlara partlayıcı qurğular yerləşdirməyi və terror aktı törətməyi planlaşdırıblar.

Qeyd olunur ki, həmin hüceyrə böyük ehtimalla təşkilatın Türkiyədəki qərargahının nəzarəti altında fəaliyyət göstərib.

Xuraman Etibarlı

İnterpress.az