İsraildə qəzəbli öküz banka hücum edib – VİDEObackend

İsraildə qəzəbli öküz banka hücum edib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin Lod şəhərində qəzəbli öküz bank filialına hücum edib.

İsrail mediasının xəbərinə görə, heyvan sahibindən qaçıb.

Geniş yayılmış kadrlarda öküzün maliyyə qurumunun dəhlizində necə qaçdığı əks olunub. Bankın işçiləri və qonaqları gördükləri mənzərədən qorxuya düşüblər.

Hadisə şahidlərinin dediklərinə görə, öküz özünü aqressiv aparıb, onu sakitləşdirmək səylərinə, o cümlədən sahibinin cəhdlərinə heç bir reaksiya verməyib.

Hadisə yerinə gələn baytar heyvanı sakitləşdirici oxla vuraraq zərərsizləşdirə bilib.