İordan çayının Qərb sahilində antiterror əməliyyatı keçirilib.
Interpress.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
İsrailin təhlükəsizlik qüvvələri İordan çayının Qərb sahilində yerləşən Bəkat Sanur, Faraa düşərgəsi və Kabatiya kəndlərində antiterror əməliyyatı keçirib.
Əməliyyatın əsas məqsədi bölgədə terrorçuluğun qarşısını almaq və onun kökünü kəsmək olub.
Məlumata görə, əməliyyat zamanı terror aktları törətməyi planlaşdıran bir silahlı şəxs saxlanılıb.
Bundan başqa, on minlərlə şekel dəyərində terrorçuluq vasitələri və müxtəlif növ silahlar aşkarlanaraq götürülüb.
Hazırda təhlükəsizlik qüvvələrinin əməliyyatları davam edir.
Paralel olaraq, Ramallah ərazisində də tədbirlər görülür və bəzi kəndlərə giriş-çıxış məhdudlaşdırılıb.
Xuraman Etibarlı
Interpress.az