İsrailin xarici işlər naziri Mançester hücumunu ŞƏRH ETDİbackend

İsrailin xarici işlər naziri Mançester hücumunu ŞƏRH ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin xarici işlər naziri Saar Mançester hücumunu şərh edib.

İnterpress.az xəbər verir ki, İsrailin xarici işlər naziri Saar Mançesterdəki Heaton Park sinaqoquna edilən hücumdan şoka düşdüyünü bildirib.

Diplomat antisemitizm dalğasından əziyyət çəkən Britaniya yəhudi icmasını dəstəkləyib və Britaniya hakimiyyətini fəaliyyətsizlikdə ittiham edib.

O qeyd edib ki, Londonda və ölkənin digər şəhərlərində, eləcə də universitet şəhərciklərində antisemit və anti-İsrail təhrikləri və terror çağırışları yayılır.

Saar Baş nazir Starmerin rəhbərlik etdiyi Britaniya hökumətini antisemitizm və ekstremizmlə mübarizə üçün ritorikadan konkret fəaliyyətə keçməyə çağırıb.

Xuraman Etibarlı

İnterpress.az