İsrailli jurnalistlər Qəzzada mediaya hücumlara ETİRAZ ETDİ – VİDEObackend

İsrailli jurnalistlər Qəzzada mediaya hücumlara ETİRAZ ETDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təl-Əvivdə jurnalistlər Qəzzada mətbuata qarşı hücumlara etiraz ediblər.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

İsrailli və xarici jurnalistlər Təl-Əvivdə toplaşaraq Qəzza zolağında jurnalistlərə qarşı hücum və qətllərə etiraz ediblər.

Etirazçılar İsrail hökumətini mətbuat nümayəndələrinə təzyiq göstərməkdə ittiham edərək hücumların dayandırılmasını və söz azadlığının qorunmasını tələb ediblər.

YUNESKO-nun məlumatına görə, artıq 22 aydır davam edən İsrail-Qəzza müharibəsi başlayandan bəri ən azı 242 jurnalist həlak olub.

Xuraman Etibarlı

İnterpress.az