İstanbulda MHP üzvü güllələnib – VİDEObackend

İstanbulda MHP üzvü güllələnib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin İstanbul şəhərində Milliyətçi Hərəkat Partiyasının (MHP) üzvü silahlı hücuma məruz qalıb.

İnsidentin videogörüntüsü ərazidəki təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Erkan Hançer adlı MHP üzvü bazardan çıxıb avtomobilinə əyləşməyə hazırlaşdığı vaxt ona hücum edilib.

Güllə yarası alan Erkan Hançer xəstəxanaya yerləşdirilib. Hazırda onun həkimlərin nəzarəti altında olduğu bildirilir.

Hələlik, cinayətin motivi barədə heç bir məlumat verilmir.

Mənbə: İHA