Yekaterinburqda istintaq təcridxanasından qaçan iki şəxs federal axtarışa verilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Bildirilir ki, Aleksandr Çerepanov və İvan Kryukov 2023-cü ildən saxlanıldıqları SİZO-dan 1 sentyabrda qaçıblar.
Onlar Yekaterinburqda hərbi komissarlığı yandırmağa cəhd etməkdə ittiham olunur və terror aktı hazırlamaqda suçlanırlar.
Xuraman Etibarlı
İnterpress.az