İsveçrə Putinə sülh konfransında iştirak etmək şərti ilə “toxunulmazlıq” verəcək.
İnterpress.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb. Qeyd olunur ki, respublika Vladimir Putinə həbs toxunulmazlığı verəcək, onun haqqında order Beynəlxalq Cinayət Məhkəməsi (ICC) tərəfindən verilib.
Bu barədə İsveçrənin xarici işlər naziri İqnazio Kassis bildirib.
“Keçən il federal hökumət beynəlxalq həbs qərarı verilən şəxsə, əgər bu şəxs şəxsi səbəblərə görə deyil, sülh konfransına gələrsə, ona toxunulmazlığın verilməsi qaydalarını müəyyən edib”, – Kassis deyib.
Bundan əvvəl mətbuatda Cenevrənin görüşün keçiriləcəyi yerlərdən biri ola biləcəyi barədə məlumatlar yayılmışdı.
Fransa prezidenti Emmanuel Makron deyib ki, Cenevrə Putin və Zelenski arasında mümkün görüş üçün məkanlardan biri ola bilər.
İsveçrə görüşü təşkil etməyə hazır olduğu ilə cavab verib.
Xuraman Etibarlı
İnterpress.az