İtaliyada eyni vaxtda ürək və ağciyər transplantasiyası uğurla həyata keçirilibbackend

İtaliyada eyni vaxtda ürək və ağciyər transplantasiyası uğurla həyata keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Turin şəhərində həkimlər ürək və hər iki ağciyərin eyni vaxtda transplantasiyası üzrə nadir əməliyyatı uğurla həyata keçiriblər.

“Città della Salute” klinikasının bazar günü verdiyi açıqlamaya görə, Bari şəhərindən olan 19 yaşlı qadın 12 saatlıq əməliyyatdan sonra xilas edilib.

O, ağciyər arteriya sistemində təzyiqin artması ilə xarakterizə olunan və ürək problemlərinə səbəb olan ağciyər hipertenziyasından əziyyət çəkirdi.

Xəstəlik çox tez və gözlənilmədən inkişaf edib. Donor orqanları (ağciyər və ürək) Triestdə qəbul edilib.

Klinikadan bildirilib ki, əməliyyatdan sonra xəstənin vəziyyəti xeyli yaxşılaşıb, baxmayaraq ki, hələ də uzun reabilitasiya prosesi tələb olunur. O, süni nəfəs aparatının köməyi olmadan nəfəs alır.

Qeyd edək ki, dünyanın ən qabaqcıl orqan transplantasiyası mərkəzlərindən biri məhz Turində yerləşir.

Mənbə: TASS