ABŞ-də itkin düşən 11 nüvə alimindən birinin qalıqları tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə ştat polisi məlumat yayıb.
ABŞ-nin hüquq-mühafizə orqanları ölkə daxilində itkin düşmüş 11 nüvə alimindən birinin qalıqlarını aşkar edib.
Polis idarəsinin bəyanatına görə, söhbət keçən ilin iyun ayının 26-da itkin düşdüyü elan olunan Melisa Kasiasdan gedir.
Qeyd olunur ki, alim evini tərk edərkən bütün şəxsi əşyalarını geridə qoyub.
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı istintaqı davam etdirir.
Alimin yoxa çıxma səbəbləri və ölümü ilə bağlı təfərrüatlar araşdırılır.

Xuraman Etibarlı
İnterpress.az






