İvan Fyodorov Zaporojye vilayət administrasiyasını TƏRK EDİRbackend

İvan Fyodorov Zaporojye vilayət administrasiyasını TƏRK EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fyodorov Zaporojye Regional Antikorrupsiya Agentliyinin rəhbəri vəzifəsindən ayrılaraq Kiyevə köçür.

İnterpress.az xəbər verir ki, bu barədə “Suspilne” mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Ukrayna Prezidenti Volodimir Zelenski İvan Fyodorova Bərpa Agentliyinə rəhbərlik etməyi təklif edib. Lakin bu barədə hələ rəsmi açıqlama verilməyib.

Zaporojye vilayət administrasiyasının yeni rəhbərinin kim olacağı məlum deyil. Namizədliyi Nazirlər Kabineti təsdiqləməli, daha sonra prezident müvafiq sərəncam imzalamalıdır.

Mümkün namizədlər arasında Fyodorovun hazırkı müavini Mixail Semikin də göstərilir. O, Melitopol dövründən Fyodorovun komandasında çalışır.

Xuraman Etibarlı

İnterpress.az