İyunun 19-da rezidenturaya qəbul üçün növbəti imtahan keçiriləcəkbackend

İyunun 19-da rezidenturaya qəbul üçün növbəti imtahan keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət İmtahan Mərkəzi iyunun 19-da rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, ikinci cəhd) imtahanı keçirəcək.

Mərkəzdən verilən məlumata görə, imtahanda 1021 namizəd iştirak edəcək.

Onlardan 795 nəfər Azərbaycan, 226 nəfər isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 447 nəfəri oğlan, 574 nəfəri isə qızdır. 558 nəfər cari ilin, 463 nəfər əvvəlki illərin məzunudur. 8 nəfər xarici ölkə vətəndaşıdır.

İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. İmtahan saat 11:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.