İzmirdə polislərə hücum edən şəxsin İŞİD və İran vətəndaşları ilə əlaqəsi AŞKARLANDIbackend

İzmirdə polislərə hücum edən şəxsin İŞİD və İran vətəndaşları ilə əlaqəsi AŞKARLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İzmir Polis İdarəsinə hücum edən şəxsin İŞİD və İran vətəndaşları ilə əlaqəsi var

İnterpress.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Türkiyə hakimiyyəti İzmirdə polis bölməsinə silahlı hücumla bağlı aparılan istintaq çərçivəsində 27 nəfəri saxlayıb.

Saxlanılanlar arasında 4 İran vətəndaşı da var. Onlardan 2-si Ankarada, 1-i İstanbulda, 1-i isə Şanlıurfada nəzarətə götürülüb.

İstintaq onun sosial media hesablarını araşdırıb, hücumçunun paylaşımlarında İŞİD-in keçmiş liderindən sitat gətirdiyi, həmçinin təşkilatla bağlı təbliğat apardığı bildirilib.

Atəş açan şəxsin atası da oğlunun son illərdə radikal fikirlər nümayiş etdirməyə başladığını təsdiqləyib.

Xatırladaq ki, sentyabrın 8-də İzmirdə 16 yaşlı yeniyetmə polis bölməsinə silahlı basqın edib. Nəticədə 2 polis əməkdaşı həlak olub, daha biri isə ağır yaralanıb.

Xuraman Etibarlı

İnterpress.az