Kadırov 80-dən çox qohumunu rəhbər vəzifələrə TƏYİN EDİB – FOTObackend

Kadırov 80-dən çox qohumunu rəhbər vəzifələrə TƏYİN EDİB – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kadırov Çeçenistanda 80-dən çox qohumunu rəhbər vəzifələrə təyin edib.

İnterpress.az xəbər verir ki, Qərb mediasının məlumatına görə, Çeçenistan rəhbəri Ramzan Kadırov son illərdə 80-dən çox yaxın qohumunu respublikada müxtəlif rəhbər postlara yerləşdirib.

Məqsəd – öz ailəsinin siyasi çəkisini gücləndirmək və mümkün gedişi halında hakimiyyətin ailədə saxlanılmasıdır.

Məlumatda qeyd olunur ki, Kadırov ailə bağlarını da siyasət aləti kimi istifadə edərək uşaqlarının evlilikləri vasitəsilə ən azı 15 nüfuzlu çeçen klanı ilə – o cümlədən Delimxanovlar, Geremeyevlər, Edilqiriyevlər və İbrahimovlarla və digərləri ilə qohumluq əlaqəsi yaradıb.

Hazırda Kadırovun qohumları respublikanın bütün mühüm sahələrində təmsil olunur:

30-dan çoxu icra hakimiyyəti orqanlarında,

7-si maliyyə və biznes strukturlarında,

4 nəfəri idman təşkilatlarına rəhbərlik edir.

Bundan başqa, 20-dən artıq qohumu güc strukturlarına nəzarət edir, 11 nəfəri isə qanunverici orqanlarda, o cümlədən federal səviyyədə təmsil olunur.

Beləliklə, müşahidəçilərin fikrincə, Çeçenistan rəhbəri öz ailəsini respublikanın siyasi, iqtisadi və hərbi sistemlərinin demək olar ki, bütün sahələrinə yerləşdirib.

Xuraman Etibarlı

İnterpress.az