Kadırovdan ziddiyyətli REKLAM: Çeçenistanda qadağan olunan içkini TƏBLİĞ ETDİ – VİDEObackend

Kadırovdan ziddiyyətli REKLAM: Çeçenistanda qadağan olunan içkini TƏBLİĞ ETDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kadırov oğlunun energetik içkisini reklam edib.

İnterpress.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Çeçenistan rəhbəri Ramzan Kadırov özünün “Telegram” hesabında oğlunun istehsal etdiyi yeni energetik içkini təqdim edib.

Kadırovun bu reklamı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Çünki onun rəhbərlik etdiyi Çeçenistanda energetik içkilərin satışı 2013-cü ildən etibarən rəsmi şəkildə qadağan edilib.

Xatırladaq ki, qadağa tətbiq edilərkən yerli hakimiyyət orqanları belə içkilərin insanlarda aqressiyaya səbəb olduğunu və sağlamlığa ciddi zərər vurduğunu əsas gətirmişdilər.

İctimaiyyət nümayəndələri Kadırovun öz oğlunun biznesini dəstəkləmək üçün qadağan olunmuş məhsulu reklam etməsinin ziddiyyətli bir addım olduğunu bildirirlər.

Xuraman Etibarlı

İnterpress.az