Kamçatkada Şiveluç vulkanı 8 kilometr yüksəkliyə kül püskürüb.
İnterpress.az xəbər verir ki, bu barədə Kamçatka vulkanologiya xidməti məlumat yayıb.
Rusiyanın Kamçatka yarımadasında yerləşən Şiveluç vulkanında növbəti aktivlik qeydə alınıb.
Vulkan püskürməsi nəticəsində kül sütunu yer səthindən təxminən səkkiz kilometr yüksəkliyə qalxıb.
Mütəxəssislər vulkanın fəaliyyətini izləyir və ətraf ərazilər üçün yarana biləcək təhlükələri qiymətləndirirlər.
Yaxınlıqdakı yaşayış məntəqələri üçün kül yağması ehtimalı yüksək olduğundan, əhaliyə ehtiyatlı olmaları barədə xəbərdarlıq edilib.
Xuraman Etibarlı
İnterpress.az






