Kanada Almaniyada terror təhlükəsi barədə XƏBƏRDARLIQ ETDİbackend

Kanada Almaniyada terror təhlükəsi barədə XƏBƏRDARLIQ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanada Almaniyaya səfər edən turistlərə terror təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

İnterpress.az xəbər verir ki, Kanada hökuməti rəsmi tövsiyələrində vətəndaşlarını Almaniyada yüksək terror riski barədə xəbərdar edib.

Sənəddə bildirilir ki, Avropada terror hadisələri baş verib və Almaniyada da kütləvi tələfatla nəticələnən hücumlar olub, gələcəkdə yeni hücumlar ehtimal olunur.

Həmçinin, sənəddə sağ ekstremistlərin törətdiyi zorakılıqlar, etnik, dini və siyasi azlıqlara qarşı cinayətlər qeyd olunub.

Turistlər birbaşa hədəf olmasalar da, kütləvi hücumların əsasən ticarət məhəllələrində və nəqliyyat mərkəzlərində baş verdiyi vurğulanır.

Kanadanın bu xəbərdarlığı ABŞ və Avstraliya tərəfindən də dəstəklənib.

Siyahıya Almaniyadan başqa İtaliya, Fransa, İspaniya və Böyük Britaniya da daxil edilib.

Xuraman Etibarlı

İnterpress.az