Kanada vətəndaşlarına MÜRACİƏT ETDİ: İranı dərhal tərk edinbackend

Kanada vətəndaşlarına MÜRACİƏT ETDİ: İranı dərhal tərk edin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanada vətəndaşlarını dərhal İranı tərk etməyə çağırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb.

Kanada hökuməti İranla bağlı səyahət xəbərdarlığını ən yüksək səviyyəyə qaldırıb. Rəsmi Ottava hazırda İranda olan bütün Kanada vətəndaşlarını çıxış yolları hələ açıq və təhlükəsiz ikən ölkəni dərhal tərk etməyə çağırıb.

Kanada XİN-in bəyanatında bildirilib ki, bölgədə təhlükəsizlik vəziyyəti olduqca qeyri-sabitdir.

Nazirlik xəbərdarlıq edib ki, vəziyyət daha da gərginləşəcəyi təqdirdə ölkədə qalan vətəndaşlara konsulluq yardımının göstərilməsinə zəmanət verilə bilməz.

Qeyd edək ki, son günlər bir neçə ölkə analoji xəbərdarlıqla öz vətəndaşlarını İranı tərk etməyə çağırıb.

Xuraman Etibarlı

İnterpress.az