Kanada əsgərlərinin Latviyada qalma müddəti 2029-cu ilə qədər uzadılib.
İnterpress.az xəbər verir ki, bu barədə Kanada baş naziri Mark Karni məlumat verib.
O, ölkəsinin Reassurance əməliyyatı çərçivəsində 2026-cı ilə qədər Latviyada 2 200 nəfərlik hərbi kontingent yerləşdirəcəyini açıqlayıb.
Kanada qoşunları 2017-ci ildən etibarən Baltikyanı ölkələrin şərq qanadının müdafiəsini gücləndirmək və Rusiyanın mümkün təcavüzünü qarşısını almaq məqsədilə Latviyada xidmət göstərir.
Hazırkı mandat mart 2026-cı ildə başa çatmalıdır.
Xuraman Etibarlı
İnterpress.az