İstirahət günlərində və ya işdən sonra divanda 90 dəqiqədən artıq uzanmaq olmaz.
İnterpress.az xəbər verir ki, bu barədə kardioloqlar xəbərdarlıq edib.
Həkimlərin sözlərinə görə, oturaq keçən günün fəsadlarını yalnız hərəkət və fiziki aktivliklə aradan qaldırmaq mümkündür.
Hərəkətsizlik qan dövranını zəiflədir, tonusu azaldır və ürək-damar xəstəlikləri riskini artırır.
Xuraman Etibarlı
İnterpress.az