Amerikalı jurnalist Briсit Makronun kişi olduğuna dair dəlil tapıb.
İnterpress.az xəbər verir ki, bu barədə amerikalı jurnalist Kendis Ovens TASS-a müsahibəsində bildirib.
Kendis Ovens Fransa Prezidenti Emmanuel Makronun xanımı Bricit Makronun kişi olduğuna dair “sübutlar” tapdığını iddia edib.
Jurnalist həmçinin iddia edib ki, Bricit Makron keçmişdə Emmanuel Makronun məktəb müəllimi olub.
Bu iddialar beynəlxalq mediada və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Fransa rəsmi dairələri və prezident ailəsi tərəfindən bu iddialarla bağlı hələlik rəsmi cavab verilməyib.
Qeyd edək ki, Fransa Prezidentinin həyat yoldaşı haqqında bu cür şayiələr daha əvvəl də sosial şəbəkələrdə yayılmışdı və rəsmi dairələr bunu qətiyyətlə təkzib etmişdilər.
Xuraman Etibarlı
İnterpress.az






