Keniyada körpəsini dənizə atdığı iddia edilən qadın saxlanılıbbackend

Keniyada körpəsini dənizə atdığı iddia edilən qadın saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keniyada 8 aylıq körpəsini bərədən dənizə atdığı iddia edilən qadın saxlanılıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Citizen televiziyasının məlumatına görə, dünən Mombasada limanda gözləyən bərədə olan qadının 8 aylıq körpəsini dənizə atdığı iddia edilib.

Körpə ətrafdakılar tərəfindən xilas edilərkən çəkilən və sosial mediada yayılan görüntülərdən sonra hadisə ilə bağlı araşdırma başladılıb.

Hadisə şahidlərinin qadının körpəni qəsdən dənizə atdığını iddia etməsi üzərinə polis qrupları tərəfindən tutulan qadın nəzarətə götürülüb.

Keniya Qırmızı Xaç Mərkəzində müalicə olunan körpənin vəziyyətinin yaxşı olduğu bildirilib.