Kim Çen In Vaşinqtonla danışıqların mümkünlüyünü istisna etməyib.
interpress.az xəbər verir ki, onun sözlərini Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) sitat gətirir.
Kim Çen In ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinin vacibliyinə diqqət çəkib. Lakin o, Vaşinqtonla danışıqların mümkünlüyünü istisna etməyib.
“Həm danışıqlar, həm də qarşıdurma bizim seçimimiz ola bilər, lakin biz qarşıdurmaya daha diqqətlə hazır olmalıyıq”, – deyə o bildirib.
Onun sözlərinə görə, ABŞ ilə son 30 il qarşılıqlı əlaqə KXDR hakimiyyətini bu qənaətə gətirib.
Xuraman Etibarlı
İnterpress.az