Kim Çen İn üzr istədibackend

Kim Çen İn üzr istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya lideri Kim Çen İn Cənubi Koreyanın Okean və Balıqçılıq Nazirliyinin bir səlahiyyətlisinin qətlinə görə Seuldan üzr istədi. Müşahidəçilər Kim Çenin üzr istəməsinin nadir hallarda olduğuna diqqət çəkirlər.

Cənubi Koreya Müdafiə Nazirliyi, adbildirilməyən və Şimala üzməyə çalışan məmurun Bazar ertəsi günü Şimali Koreya əsgərləri tərəfindən öldürüldüyünü və cəsədinin koronavirusa qarşı tədbir olaraq yandırıldığını açıqladı.

Cənubi Koreya Prezidentinin bugünkü açıqlamasına görə, Kim Çen prezident Moon Jae-inə “çox üzüldüyünü” söyləyən bir məktub göndərdi. “Məyus olduğunu” qeyd edən Kim, “Belə bir şey heç olmamalıydı” deyib.

Son on ildə ilk dəfə Şimali Koreya qüvvələri Cənubi Koreyalı bir vətəndaşı öldürüb, bu da cənubda qəzəb doğurub.

İki Koreya arasındakı sərhəd ciddi nəzarət altındadır və Şimali Koreyanın koronavirusun ölkəyə girməsinin qarşısını almaq üçün sərhəddə “vur və öldür” siyasəti yürütdüyü zənn edilir.

İnterpress.az