Bavariyada kişi təsadüfən həyat yoldaşını yanacaqdoldurma məntəqəsində unudub.
Interpress.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Bavariyada 39 yaşlı rumıniyalı sürücü avtobanda hərəkət edərkən təsadüfən həyat yoldaşını yanacaqdoldurma məntəqəsində unudub.
Hadisə zamanı avtomobildə onların 11 yaşlı övladı da olub. Yalnız 45 dəqiqədən sonra ailə ananın itkin düşdüyünü başa düşüb.
Məlum olub ki, qadın əvvəlki dayanacaqda tualetə gedibmiş və telefonu da yanında olmayıb.
O, yaxınlıqdakı avtobus sürücüsündən kömək istəyib, həmçinin mobil telefonundan istifadə edərək ailəsi ilə əlaqə saxlayıb.
Polis qadınla əlaqə yaradaraq onu ailəsinə çatdırıb. Həmin vaxt ər və övladı artıq 70 kilometr məsafə qət etmişdilər.
Hadisədən sonra kişi həyat yoldaşından “sərt bir mühazirə” də dinləməli olub.
Xuraman Etibarlı
Interpress.az