Kişi itini öldürən şəxsi GÜLLƏLƏDİ – FOTObackend

Kişi itini öldürən şəxsi GÜLLƏLƏDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kolumbiyada bir kişi itə təcavüz edəni öldürən balasını güllələyərək öldürüb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Kolumbiyada dəhşətli və faciəli bir hadisə qeydə alınıb. Gəzinti zamanı naməlum bir şəxs təqaüdçüyə və onun balaca küçüyünə yaxınlaşıb.

Heç bir səbəb olmadan əlinə daş götürən şəxs heyvanı vəhşicəsinə vuraraq öldürüb.

Sahibi aqressoru dayandırmağa çalışsa da, qarşı tərəf bıçaq çıxararaq ona hücum edib. Bundan sonra təqaüdçü evindən tüfəngini gətirərək həmin şəxsə atəş açıb.

Hücum edən şəxs aldığı güllə yarasından hadisə yerindəcə keçinib.

Hadisədən sonra kolumbiyalı kişi ölən küçüyünün cəsədinin yanında əyləşərək polisin gəlməsini sakitcə gözləyib.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisə ilə bağlı araşdırmalar aparılır, vətəndaşın özünümüdafiə çərçivəsində hərəkət edib-etmədiyi müəyyənləşdirilir.

Xuraman Etibarlı

İnterpress.az