Moldovanın paytaxtı Kişinyov şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin yeni büstü qoyulacaq.
Bu barədə Azərbaycanın Moldovadakı səfirliyindən məlumat verilib.
Büstün müəllifi tanınmış Azərbaycan heykəltəraşı, professor, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, Azərbaycanın xalq rəssamı Natiq Əliyevdir.
Ulu öndərin Bakıda hazırlanmış büstü artıq Moldovaya gətirilərək səfirliyə təhvil verilib.
Ümummilli liderin büstü ölkəmizin Kişinyovdakı diplomatik nümayəndəliyinin yeni kompleksinin açılışı zamanı səfirliyin binasının qarşısındakı parkda qoyulacaq.
Bünyamin Çingizoğlu
İnterpress.az