Kislovodskda QAYA UÇQUNU: Satıcı ölümdən DÖNDÜ – VİDEObackend

Kislovodskda QAYA UÇQUNU: Satıcı ölümdən DÖNDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kislovodskda “Koltso” dağı yaxınlığında qaya uçqunu baş verib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Kislovodsk şəhərində yerləşən məşhur “Koltso” (Üzük) dağı yaxınlığında təhlükəli anlar yaşanıb.

Dağdan qopan nəhəng qaya parçası aşağıda yerləşən suvenir köşkü üzərinə sürətlə yuvarlanıb. Köşk satıcısı son anda qaçaraq möcüzəvi şəkildə ölümdən xilas olub.

İlkin ehtimala görə, uçquna səbəb yağan intensiv yağışların torpağı yumşaltması olub.

Dağın ətəyində yerləşən suvenir bazarı turistlərin daim sıx olduğu yerlərdəndir. Qeyd edək ki, bu məkan həm də tarixi əhəmiyyəti ilə seçilir və M.Y.Lermontovun “Zəmanəmizin qəhrəmanı” əsərində də xatırlanır.

Hazırda mütəxəssislər hadisə yerində vəziyyəti qiymətləndirir və ərazidə təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində iş aparırlar.

Daş uçqunu riski səbəbindən turistlərə “Koltso” dağı ətrafında ehtiyatlı olmaları tövsiyə edilir.

Xuraman Etibarlı

İnterpress.az