KİV: Benzin Avropa və MDB ölkələri arasında ən çox Azərbaycanda ucuzlaşıbbackend

KİV: Benzin Avropa və MDB ölkələri arasında ən çox Azərbaycanda ucuzlaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin birinci yarısında Avropa və MDB ölkələrinin böyük əksəriyyətində benzinin qiyməti 2019-cu illə müqayisədə orta hesabla ucuzlaşıb. Maksimal azalma məhz Azərbaycanda qeydə alınıb.

İnterpress.az-ın mətbuatına istinadən verdiyi məlumata görə, bu ilin birinci yarısında Azərbaycanda benzinin qiyməti 28% ucuzlaşıb.

“Avropanın əksər ölkələrində benzinin qiyməti 2020-ci ilin birinci yarısında azalsa da, Belarusda isə qiymət artımı qeydə alınıb”, – məlumatda qeyd edilib.

<ins’ style=”box-sizing: border-box;”></ins’>

Benzinə olan qiymətlərin ən yüksək azalma templəri qeydə alınan ölkələr sırasında Ukrayna (15,4%) və Rumıniya da (14%) var.

Xatırladaq ki, bu ilin birinci yarısı ərzində Azərbaycanda “Aİ-95” (Premium) markalı benzinin qiyməti orta hesabla 0,3 manat enib (1,5 manatdan 1,2 manatadək).

Qeyd edək ki, sözü gedən benzin markası ölkədə istehsal edilmir və xaricdən ixrac edilir.

 

İnterpress.az