Kəndlərlə bağlı məsələ demarkasiya prosesində həllini tapmalıdır. Bunu Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Tovio Klaar deyib. Söhbət Qazaxın 7 kəndi və Kərki kəndindən gedir.
İnterpress.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı bildirib.
“Bakı müharibədən sonra bu kəndlərin delimitasiyasiya-demarkasiya prosesinə daxil edildiyini bəyan edib. Ermənistan bunu qəbul etmək istəməsə də, sərhədin müəyyənləşməsində bu kəndlərin taleyi həll olunmalıdır. Klaarın açıqlaması göstərir ki, Aİ də Bakının bu mövqeyini paylaşır.
Aİ-nin Ermənistandakı missiyasının Əliyevin Brüsseldən istəyinə uyğun olaraq, bu yaxınlarda anklavlara baş çəkdiyinə dair məlumatlar var”, – o əlavə edib.