Konfrans Liqası: Azərbaycan təmsilçiləri cavab oyununa çıxırlarbackend

Konfrans Liqası: Azərbaycan təmsilçiləri cavab oyununa çıxırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün UEFA Konfrans Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq.

Azərbaycan təmsilçiləri – “Neftçi”, “Qəbələ” və “Zirə” də cavab oyunlarını keçirəcək.

Əvvəlcə Qəbələnin eyniadlı təmsilçisi evdə Macarıstan “Fehervar”ını qəbul edəcək. Saat 20:00-da başlayacaq matçı avstriyalı FIFA referisi Kristofer Yager idarə edəcək. “Qırmızı-qaralar” ilk görüşdə 1:4 hesabı ilə uduzub.

“Neftçi” “Bakcell Arena”da Kipr “Aris”ini sınağa çəkəcək. Saat 21:00-da start götürəcək qarşılaşmanın baş hakimi almaniyalı Bastian Dankert olacaq. “Ağ-qaralar” Larnakadakı ilk matçda məğlub olub – 0:2.

“Zirə” isə İsraildə “Makkabi” (Təl-Əviv) komandasının qonağı olacaq. “Blumfild” stadionundakı oyun Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Matçda ədaləti xorvatiyalı FIFA referisi Mario Zebets qoruyacaq. “Qartallar” Bakıdakı ilk görüşdə 0:3 hesabı ilə uduzub.