Konfrans Liqası: “Qəbələ”nin səfər oyunu canlı yayımlanacaqbackend

Konfrans Liqası: “Qəbələ”nin səfər oyunu canlı yayımlanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanda “Fehervar” və “Qəbələ” arasında keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu canlı yayımlanacaq.

İnterpress.az xəbər verir ki, görüş “CBC İnternational” telekanalının canlı efirində olacaq.

“CBC Sport” telekanalının təşəbbüsü ilə qarşı tərəflə aparılan danışıqlar nəticəsində oyunun Azərbaycanda yayımlanmasına qərar verilib.

Qeyd edək ki, iyulun 21-də oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.