KORONAVİRUSA QARŞI ETİRAZLAR DAVAM EDİRbackend

KORONAVİRUSA QARŞI ETİRAZLAR DAVAM EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliyanın Sidney şəhərində minlərlə insan küçələrə axışıb.

ABC telekanalı bildirir ki, onlar koronavirusa görə tətbiq olunan məhdudiyyətlərə etiraz edirlər.

Etirazla əlaqədar 57 nəfər ittiham edilir. Polis etirazçıların şəxsiyyətlərini müəyyənləşdirmək üçün 22 müstəntiqdən ibarət qrup yaradıb.

Koronavirusun “Delta” ştammının yayılması fonunda Sidneydə dörd həftədir ki, “lokdaun” tətbiq edilib.

Melbörn və Brisbendə də etiraz nümayişlərinin keçirildiyi bildirilir.