“Koronavirussuz cənnət”də yoluxma sayı iki dəfə artdıbackend

“Koronavirussuz cənnət”də yoluxma sayı iki dəfə artdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Marşal adalarında koronavirusun yayılması səhiyyə böhranına səbəb olub.

Dünya mətbuatında “koronavirussuz cənnət” adlandırılan ölkədə avqustun 12-də ilk yerli mənbəli virus qeydə alındıqdan sonra ölkənin paytaxtı Majuroda yoluxmaların sayı iki dəfə artıb.

Koronavirus epidemiyası başlayandan bəri ilk dəfə böyük dalğa ilə üzləşən, 59 min əhalisi olan və 2020-ci ilin oktyabr ayına qədər heç bir yoluxma halı aşkarlanmayan ölkənin səhiyyə naziri Cek Neythendal testlərin 75 faizinin mübət nəticə veridiyini açıqlayıb.

Adalarda yoluxma sayının 3 mini keçdiyi, 4 nəfərin öldüyü, 7 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilib.

Qeyd edilib ki, ölkə əhalisinin 70%-i peyvənd olunub.

Mənbə: TRT