Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Avropa İttifaqı (Aİ) üçün Ukraynaya maliyyə dəstəyi vermək çətinləşib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Peskov paytaxt Moskvada aktual mövzularla bağlı jurnalistlərə açıqlama verib.
“Financial Times” qəzetinin AB-də Ukraynaya maliyyə dəstəyi ilə bağlı fikir ayrılıqlarının olduğu barədə xəbərini dəyərləndirən Peskov, Aİ-nin Ukraynaya maliyyə dəstəyi verməsinin çətinləşdiyini bildirib.
“Onlara (avropalılara) Ukraynaya boş yerə pul vermək çətinləşir. Bizə gəlincə, xüsusi hərbi əməliyyat davam edəcək. İqtisadiyyatımız xüsusi hərbi əməliyyat şəraitinə uyğunlaşıb. Çinin ABŞ döyüş gəmisinin Cənubi Çin dənizində ərazi sularını pozduğuna dair açıqlamasınına gəlincə, hansı bir təxribatçı hərəkəti alqışlamırıq. Qarşılıqlı hörmət və sabitliyi artıran addımları alqışlayırıq”, – Peskov bildirib.