İsveçin NATO-ya üzv olmaq üçün müraciətinin təsdiqlənməsi Türkiyənin suveren qərarıdır.
İnterpress.az-ın məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.
“Türkiyə hələ də Şimali Atlantika Alyansının üzvüdür. Bu, açıq-aydın faktdır. Onun öz öhdəlikləri, bu Alyansla bağlı müttəfiqləri ilə danışıqlar prosesi var. Bu, Türkiyənin suveren qərarıdır”, – o bildirib.
Xatırladaq ki, yanvarın 23-də Türkiyə parlamenti İsveçin alyansa qoşulması ilə bağlı protokolun ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib.