Rusiyanın Kurqan şəhər məhkəməsi yerli sakini sosial şəbəkədə “şeytan” simvolu paylaşdığına görə 1 min rubl (təxm. 21 man.) məbləğində cərimələyib.
İnterpress.az xəbər verir ki, bu, Kurqan vilayətində ilk, Rusiyada isə nadir hallarda verilən belə qərarlardan biridir.
Xatırladaq ki, iyul ayında Ali Məhkəmə Baş prokurorun müraciətini təmin edərək “Beynəlxalq satanistlər hərəkatı”nı ekstremist elan edib və onun fəaliyyətini ölkə ərazisində qadağan edib. Bununla bağlı hər cür simvolikanın nümayişi inzibati xəta hesab olunur.
Məhkəmənin açıqlamasına görə, Kurqan sakini “VKontakte” sosial şəbəkəsində “şeytan” simvolu olan təsviri paylaşdığı üçün cəzalandırılıb.
Xuraman Etibarlı
İnterpress.az