Kurskda məmurların olduğu avtomobil MİNAYA DÜŞDÜ: Rayon rəhbəri və daha 3 nəfər YARALANDIbackend

Kurskda məmurların olduğu avtomobil MİNAYA DÜŞDÜ: Rayon rəhbəri və daha 3 nəfər YARALANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kurskda məmurların olduğu avtomobil minaya düşüb.

İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Rusiyanın Kursk vilayətinin Rılsk şəhər mərkəzində Rılsk rayon administrasiyasının əməkdaşlarını daşıyan minik avtomobili minaya düşərək partlayıb.

Hadisə nəticəsində rayon rəhbəri Vladimir Kovalçuk daxil olmaqla, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Kursk vilayətinin qubernatoru Aleksandr Xinşteyn bildirib ki, Rılsk rayonunun icra başçısı Kovalçuk ağır mina-partlayış travması və ayaqlarından çoxsaylı qəlpə yaraları alıb.

O, təcili müalicə üçün Kursk Vilayət Xəstəxanasına yerləşdirilib.

İlkin məlumatlara görə, quraşdırılmış partlayıcı qurğu uzaqdan idarəetmə vasitəsilə işə salınıb. Sükan arxasında olan təsərrüfat idarəsinin rəhbəri Sergey Besedin qarnından ağır xəsarət alıb və hazırda xəstəxanada əməliyyat olunur.

Həmçinin, partlayış dalğasının təsirindən yaxınlıqdakı binanın pilləkənində dayanan mədəniyyət idarəsinin rəhbəri və yerli mütəxəssis də kontuziya və müxtəlif qəlpə yaraları alıblar.

Hadisə yerinə dərhal hüquq-mühafizə orqanları və minaxtaranlar cəlb olunub, ərazi tamamilə mühasirəyə alınıb. Faktla bağlı cinayət işi başlanıb.

Xuraman Etibarlı

İnterpress.az