Laçında növbəti dəfə erməni xisləti özünü göstərir: Ermənilər evləri niyə yandırır?backend

Laçında növbəti dəfə erməni xisləti özünü göstərir: Ermənilər evləri niyə yandırır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Heç bir sağlam düşüncəli insan öz alın təri, əziyyəti bahasına ərsəyə gətirdiyi mülkü yandırmaz”.

Məlum olduğu kimi, Laçına qanunsuz məskunlaşdırılmış ermənilərə avqustun 25-nə kimi oranı tərk etmələri barəsində göstəriş verilib. Hətta Ermənistan tərəfi onlara heç bir yeri yandırmadan çıxacağı təqdirdə köç xərcləri və İrəvanda evlər veriləcəyini qeyd edib. Lakin Laçından çıxan erməni ailələr onlara edilən xəbərdarlığa baxmayaraq, evləri yandırırlar. Zabux kəndinə yerləşdirilən erməni ailələrdən biri, hətta evini yandırdığının videosunu da açıq-aşkar paylaşıb.

Mövzu ilə bağlı politoloq Turan Rzayev İnterpress.az-a açıqlamasında bildirib ki, bundan əvvəl ermənilərin Laçında meşə sahəsinə də od vurması haqqında görüntülər dərc olunmuşdu:

“Ermənilər bir daha sübut etdilər ki, həqiqətən də nə 30 il ərzində yaşadıqları evlər, nə də üzərində yaşadıqları torpaq onlara aiddir. Heç bir sağlam düşüncəli insan öz alın təri, əziyyəti bahasına ərsəyə gətirdiyi mülkü yandırmaz. Ən azından heyfi gələr. Ermənilər isə evi yandırırlar, çünki bu evlər onların deyil. Ev yandırmaqdan daha dəhşətlisi isə torpaqdan, qəbirləri qazıb ölmüşlərinin qalıqlarını aparmaqdır. Əslində bu fakt belə özlüyündə torpaqların ermənilərə məxsus olmadığını sübut edir. Müqayisə üçün deyə bilərəm ki, azərbaycanlılar vaxtilə erməni zülmü nəticəsində məcburi surətdə torpaqlarını tərk edərkən heç bir mal-mülk, hətta şəxsi əşyalarını belə götürməmişdilər. Çünki əmin idilər ki, öz evləridir, qayıdacaqlar”.