Latviya 800-dən çox rus vətəndaşından ölkəni tərk etməsini tələb edib.
Interpress.az xəbər verir ki, Latviya Miqrasiya İdarəsi 841 rus vətəndaşına 13 oktyabra qədər ölkəni tərk etməyi tapşırıb.
Bu, 2022-ci ilin payızında Rusiyanın Ukraynaya işğalına cavab olaraq qəbul edilmiş immiqrasiya qanunvericiliyindəki dəyişikliklərlə bağlıdır.
Dəyişikliyə görə, rus vətəndaşları A2 səviyyəsində latış dili biliyini təsdiqləməlidir. 2023-cü ildə keçirilən imtahanda iştirakçıların yalnız 46%-i uğur qazanıb, qalanlara isə hazırlıq üçün əlavə iki il verilib.
Bundan əlavə, təxminən 2 min rus vətəndaşı sentyabrın sonuna qədər imtahanı yenidən verməlidir, əks halda onların da deportasiyası mümkündür.
Xuraman Etibarlı
Interpress.az