Latviya Prezidenti Zelenskini ali hərbi ordenlə təltif edibbackend

Latviya Prezidenti Zelenskini ali hərbi ordenlə təltif edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Latviya Prezidenti Eqil Levits Ukrayna Prezidenti Volodimir Zelenskiyə Latviyanın ali hərbi mükafatı olan “Viestura” ordenini təqdim edib.

Bu barədə Ukrayna Prezidentinin saytında məlumat verilib.

“Bu gün (dünən – red.) Kiyevdə keçirilən görüşdə Latviya Prezidenti Ukrayna dövlətinin başçısına Latviya Respublikasının ali hərbi mükafatı – “Vyestura” ordenini təqdim edib”, – məlumatda deyilir.

Zelenskinin təltif olunması barədə qərar 2022-ci il martın 1-də Latviya Sərəncamlar Bölməsi tərəfindən “ölkəsinin qəhrəmancasına müdafiəsinə”, eləcə də “Avropanın təhlükəsizliyinin qorunmasına görə” qəbul edilib.