Lavrov Qərbdən Ukraynaya “təhlükəsizlik zəmanətləri” ilə bağlı konkret cavab tələb edəcək.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Rusiya Federasiyası Ukraynaya verilən “təhlükəsizlik zəmanətləri” ilə bağlı Qərbdən konkret izahat tələb edəcək.
Sergey Lavrov bildirib ki, Moskva bu zəmanətlərin konkret olaraq kimə və hansı məqsədlə verildiyini bilmək istəyir.
Rusiya XİN rəhbərinin sözlərinə görə, bu məsələdə qeyri-müəyyənlik qəbuledilməzdir.
O vurğulayıb ki, Qərb dövlətləri Ukraynanın gələcək təhlükəsizlik arxitekturası barədə danışarkən Rusiyanın maraqlarını nəzərə almalı və suallara aydın cavab verməlidir.
Xuraman Etibarlı
İnterpress.az






