Liderlərdən iddialı AÇIQLAMA: İnsan ömrü 150 ilə çata bilərbackend

Liderlərdən iddialı AÇIQLAMA: İnsan ömrü 150 ilə çata bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Putin və Si Cinpin orqan transplantasiyası və 150 il ömür haqqında danışıblar.

İnterpress.az xəbər verir ki, müzakirələr barədə “Reuters” məlumat yayıb.

Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin biotexnologiyaların inkişafı və insan ömrünün uzadılması mövzusunda fikir mübadiləsi aparıblar.

Si Cinpin bildirib ki, “əvvəllər insanlar nadir hallarda 70 yaşa qədər yaşayırdılar, bu gün isə 70 yaşında insan hələ də uşaq hesab olunur”.

Putin isə qeyd edib ki, biotexnologiyaların inkişafı sayəsində insan orqanlarını davamlı olaraq köçürmək mümkün olacaq və bu, insanların getdikcə daha gənc qalmasına, hətta ölümsüzlüyə nail olmasına imkan yarada bilər.

Si Cinpin əlavə edib: “Proqnozlara görə, bu əsrdə insanların 150 ilə qədər yaşamaq şansı var”.

Xuraman Etibarlı

İnterpress.az