Putin Stubb və Störenin zənglərinə cavab verməyə hazır olduğunu BİLDİRİBbackend

Putin Stubb və Störenin zənglərinə cavab verməyə hazır olduğunu BİLDİRİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Putin Norveçin baş naziri və Finlandiya prezidentinə zənglərinə hər zaman cavab verəcəyini deyib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Uşakovun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Norveçin baş naziri Yonas Qar Störe və Finlandiya Prezidenti Aleksandr Stubb ilə söhbəti zamanı onların zənglərinə hər zaman cavab verməyə hazır olduğunu bildirib.

Rusiya tərəfi telefon danışığının Avropada narazılıq yaradacağını gözləməyib.

Uşakov qeyd edib ki, Moskva Stubb və Störenin söhbəti ən azı Avropanın üç aparıcı ölkəsi ilə əvvəlcədən razılaşdırdıqlarını ehtimal edib.

Xuraman Etibarlı

İnterpress.az