Ermənistanda Kotayk vilayətinə yeni qubernator təyin olunub.
İnterpress.az xəbər verir ki, bu barədə “News Armenia” məlumat yayıb.
Ermənistanın hakim fraksiyasının sabiq deputatı Lilit Stepanyan Kotayk vilayətinin qubernatoru təyin edilib.
Təyinatla bağlı qərarı cümə axşamı Ermənistanın baş naziri Nikol Paşinyan imzalayıb.
Xuraman Etibarlı
İnterpress.az






